Mədəniyyət

Parisdə “XXI əsrdə qaçqın və girov məsələsi: Azərbaycan nümunəsində” adlı konfrans keçirilib

15-12-2017 | 11:37        

  

Parisdə Ermənistan silahlı qüvvələri tərəfindən öz doğma torpaqlarında girov götürülən azərbaycanlılara həsr edilən konfrans keçirilib. Erməni işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların taleyi gündəmə gətirilib. Konfrans çərçivəsində tanınmış rejissor Maksim Mardukayevin “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi də nümayiş etdirilib.

Öz doğma yurdunda, sülh və əmin-amanlıqda yaşamaq hər bir insanın fundamental hüquqlarından biridir. Lakin erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı bu hüququndan məhrum edilib. Parisdə “XXI əsrdə qaçqın və girov məsələsi: Azərbaycan nümunəsində” adlı konfransda vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkdi, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülən azərbaycanlılardan danışdı. Məcburi köçkünlərə həsr edilən “Qarabağ, mən səni tərk etmirəm” sənədli filmi də nümayişi edildi. Filmdə münaqişənin ilk illərində qaçqın və məcburi köçkünlərin ağır həyatı, qarşılaşdıqları məhrumiyyətlər təsvir edilir. Bildirilir ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına daim diqqətlə yanaşır. Məcburi köçkün ailələri, Azərbaycanın müxtəlif bölgələrində inşa edilən müasir qəsəbələrdə müvəqqəti məskunlaşıblar. Buna baxmayaraq, insanlar öz yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Tədbirdə hazırda erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ də gündəmə gətirildi. Bildirildi ki, bu şəxslərə dair Ermənistanda keçirilən qondarma məhkəmə və onun qanunsuz qərarı Avropa Konvensiyasının bir neçə maddəsini kobud şəkildə pozur.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar da  cavablandırıldı.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR