İqtisadiyyat

“Şahdağ” Turizm mərkəzi qış mövsümünə tam hazırdır

15-12-2017 | 11:32        

  

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünə tam hazırdır. Dekabrın 16-dan etibarən 11 xizək lifti və 13 sürüşmə yamacı xizək və snoubord həvəskarlarının ixtiyarında olacaq.

“Şahdağ” Turizm Mərkəzi hər mövsümün açılışında turistləri yeniliklərlə, xoş sürprizlərlə qarşılayır. Bu dəfə də ənənə davam edəcək. Xizək mövsümünün rəsmi açılışı dekabrın 16-da olacaq. Təntənəli mərazimdə qışın başlanğıcını bayram kimi qeyd edən turistlər üçün maraqlı tədbir proqramı hazırlanıb. Məhz həmin gün ərzində canlı musiqi, DJ, açıq havada qış yarmarkası, uşaqlar üçün maraqlı əyləncələr qonaqların istirahətinə unudulmaz anlar əlavə edəcək. Bundan başqa...

Bundan ötrü xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılıb. Mövsüm boyu 13 qış əyləncəsi qonaqların ixtiyarında olacaq. Bu il ilk dəfə ağappaq qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən  tandem paraplan uçuşları reallaşdırılacaq. Məhz buna görə də ekstrimi sevənlər dincəlmək üçün “Şahdağ” Turizm mərkəzini seçirlər. Turistlərin coğrafiyası isə  ildən-ilə genişlənir.

Buna isə aparılan təbliğat işləri ilə nail olunub. “Şahdağ” Turizm mərkəzinin turizm potensialının regional və beynəlxalq səviyyədə tanıdılması məqsədilə il ərzində müxtəlf sərgi, konfrans, seminarlar  keçirilir.  Turizm şirkətləri ilə əlaqələr qurulur, info-turlar təşkil olunur. Bütün bunlar isə mərkəzin populyarlığını yerli və xarici turistlər arasında artırıb.

Ümumi statistik göstəricilərə gəlincə... Yay mövsümü ərzində mərkəzə 40 000-dən çox turist  üz tutub. Bunun da 68  faizdən çoxunu əcnəbi turistlər təşkil edib. Bu isə ötən ilin yay mövsümündəki  rəqəmləri üstələyib. Qış aylarında da turistlərin sayında yüksək artım gözlənilir.

“Xəbərlər”, Azərbaycan Televiziyası