Siyasət

Bakıda Qətərin milli bayramı keçirilib

15-12-2017 | 09:20        

  

Bakıda Qətərin milli bayramı qeyd edilib. Bu ölkənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən rəsmi qəbulda iki ölkə arasındakı münasibətlərin perspektivlərinə toxunulub.

“Azərbaycanla Qətər bütün beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin haqlı mövqeyini dəstəkləyir”. Bu fikirlər Qətərin Azərbaycandakı səfiri  Yusif Bin Həsən Əl Saiə məxsusdur. Onun sözlərinə görə, hazırda bütün  müstəvilərdə yüksələn xətlə inkişaf  etməkdə olan qarşılıqlı münasibətlər mövcuddur. Diplomat  iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini vurğuladı.  Azərbaycan höküməti adından Qətərin milli bayramını təbrik edən  fövqəladə hallar naziri Kəmaləddin Heydərov dedi ki, Qətər dinamik inkişafı sayəsində ən zəngin ölkələrdən birinə çevrilib.  Dini və mədəni əlaqələrin üst-üsə düşdüyünü qeyd edən nazir diplomatik münasibətlərin 1994-cu ildə qurulduğunu və Qətərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini xatırlatdı. Ölkə başçılarının qarşılıqlı səfərlərinn gələcək əməkdaşlığa təkan verdiyini deyən Kəmaləddin Heydərov Fövqəladə hallar sahəsində də əməkdaşlıq edildiyini dedi. O,  2016-cı ildə  ötən illərlə müqayisədə ticarət dövriyyəsinin  30 dəfəyə qədər artığını və  əlaqələrin növbəti illərdə daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR