Mədəniyyət

Bakıda “ Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgi açılıb

15-12-2017 | 09:16        

  

YARAT Müasir İncəsənət Məkanında “ Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisinin təqdimatı keçirilib. Sərgidə məşhur rəssamların əl işləri nümayiş etdirilib.

“Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi müxtəlif mədəniyyətlərin tarixlərini və monumentallığını özündə birləşdirir. YARAT Müasir İncəsənət Məkanında açılan bu yeni sərgi həm də insan entropiyasının  və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətlərini  araşdırır. Dünyada məşhur olan rəssamların əl işlərindən ibarət sərgidə  təqdim edilən əsərlərin hər biri dərin məna daşıyır. Açılışdan əvvəl keçirilən mətbuat konfransında sərginin kuratorları Suad Qarayeva və Björn Geldhorf bildirdi ki,nümayiş etdirilən 5 əsər 5  bədii mövqeni gələcək üçün fərqli  təkliflər kimi qarşılaşdırıb. Həmçinin  sərgi ictimaiyyətə, yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir ismarıcını da verir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, digər hökumət qurumları rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sərgidə Reza Arameş,Vaciko Çaçxiani,Yan Fabrin,Qoşka Matsuqa,Stefen Rodsın əsərləri nümayiş etdirilir.Onlar əsərləri  vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apardıqlarını, irəli getmək üçün ikili ambisiyadan yararlandıqlarını çatdırmaq istəyiblər. Belçikalı rəssam Yan Fabrin 1987-ci ildə çəkdiyi Yerdən ulduzlara gedən yol əsərinin izahını belə şərh edərək deyir ki, heyvanların yuxuya getdiyi gecə ilə onların oyandığı gündüz arasında mistik saat tərənnüm edilir. Rəssam hətta bu əsərini Qobustan qayaüstü rəsmlərinə bənzədir.

Digər əsərlərdə bəşəriyyətin oyanmasını, robot texnologiyası vasitəsi ilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini, ekoloji və iqtisadi iflasın nəticələrini tərənnüm edir.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR