Xarici xəbərlər

Ağ Ev ABŞ-ın Şimali Koreya ilə danışıqlara hazır olmadığını bəyan edib

14-12-2017 | 15:43        

Ağ Ev və ABŞ Dövlət Departamenti ölkənin Şimali Koreya ilə danışıqlara hazır olmadığını bəyan edib. Bu açıqlama ABŞ dövlət katibi Reks Tillersonun bir qədər əvvəl verdiyi bəyanatla bağlı suallar doğurub. Belə ki, dövlət katibi ilkin şərtlər irəli sürülmədən Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduqlarını bəyan etsə də, Ağ Ev və Dövlət Departamentinın açıqlamasında Şimali Koreya ilə bağlı sərt mövqeyin dəyişmədiyi, bu ölkənin ilk növbədə nüvə proqramından imtina etməli olduğu bildirilir. Milli Təhlükəsizlik Şurasının sözçüsü “CNN”ə müsahibəsində bildirib ki, ilk növbədə Şimali Koreya təxribatdan çəkinməli və nüvə proqramından imtina istiqamətində ciddi addımlar atmalıdır. Qurum rəsmisinin sözlərinə görə Şimali Koreyanın son raket sınağını nəzərə alaraq hazırda danışıqlar aparmağın vaxtı deyil. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR