Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin yekunlarına həsr olunan hesabat müşavirəsi keçi­ril­ib

14-12-2017 | 15:34        

  

2017-ci il Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı, mühafizənin gücləndirilməsi, eləcə də  beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub. Bu barədə  Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Bu il dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılıb, “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarının təşkili zamanı qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin yekunlarına həsr olunan hesabat müşavirəsində  məlumat verildi. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu il xidmətin “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olub, bu tipli daha 2 gəminin təməli qoyulub. Həmçinin dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verilib.  Qeyd edildi ki, bu il Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərarın verilməsi, Xidmət əməkdaşlarının 1 orden, 40 medal, 6 fəxri adla təltif edilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Hesabat dövründə sərhədçilərimiz dövlət sərhədini pozduqlarına görə 503 nəfəri, sərhədboyu rejim qaydalarını pozduqlarına görə isə 12 min 241 nəfəri saxlayıblar. Axtarışda olan 4 min 686 nəfər də saxlanılıb. 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Sərhədçilərimiz Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında da yüksək peşəkarlıqla iştirak ediblər. Hesabat müşavirəsində Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan islahatlardan danışdı. Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara dövlət təltifləri təqdim edildi.