Siyasət

Azərbaycan prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasının gündəmindədir

14-12-2017 | 15:29        

  

Türkiyə mediası Prezident İlham Əliyevin İstanbula birgünlük səfəri, yüksək qonaqpərvərliklə qarşılanması, İƏT-in zirvə görüşündəki çıxışı barədə çeşidli məlumatlar yayıb. O cümlədən Türkiyənin aparıcı televiziya kanalları Azərbaycan dövlət başçısının səfəri, Qüds məsələsindəki ədalətli mövqeyi barədə tamaşaçıları məlumatlandırıblar. TRT Haber kanalının rəsmi saytı, “Azərbaycan Prezidenti Əliyev: ABŞ Qüds qərarını yenidən gözdən keçirməlidir” başlıqlı məqalə dərc edib. Yazıda Azərbaycanın dövlət başçısının çıxışından sitatlar gətirilib. “Hər zaman Fələstin xalqının yanındayıq” fikrilərinə xüsusi diqqət edilib. Prezident İlham Əliyevin ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının yaratdığı təhlükələr barədə fikirləri qeyd olunub. Anadolu agentliyi də Prezident İlham Əliyevin çıxışının ayrı-ayrı məqamlarına toxunub. Azərbaycanın hər zaman Fələstin xalqına dəstək göstərdiyini vurğulayan dövlət başçısının, Ermənistanın riyakar xisləti barədə fikirləri də agentlik tərəfindən işıqlandırılıb. “Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. İndi işğalçı ölkə müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Sitatın sonu. Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı “Hürriyyət”, “Milliyyət”, “Yeni Şəfəq”, “Yeni Akit” və digər qəzetlərdə də işıqlandırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR