Cəmiyyət

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

14-12-2017 | 14:04        

  

Təbiət vurğunu akademik Həsən Əliyev... Onun adı təbiətsevərlərin yaddaşında, respublikanın hər yerində yeni yaşıllıqların salınmasının təşəbbüskarı kimi qalıb. Alimin yaddaşlarda qalan bu nəcib  təşəbbüsünün  davamı olaraq Ekologiya və təbii sərvətlər nazirliyinin  təşkilatşılığı ilə Türkan-Qala yolu ətrafında, nazirliyin əməkdaşları, ictimaiyyət və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə iməcilik keçirilıb. 7 hektar ərazidə 4500 badam ağacı əkilib.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının Sərəncamına əsasən Ekologiya və təbii sərvətlər nazirliyinin "Tədbirlər Planı" tərtib edilib. Görkəmli alimə həsr olunan müsabiqə, ali və orta təhsil müəssisələrində isə “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər də keçirilir. Tədbirlər çərçivəsində ətraf mühitin, təbii sərvətlərin və biomüxtəlifliyin mühafizəsi sahəsində çalışanların mükafatlandırılması nəzərdə tutulub.