Bölgələr

“Zaqatala” Beynəlxalq hava limanı beynəlxalq uçuşları qəbul etməyə hazırdır

14-12-2017 | 13:11        

  

Azərbaycan coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edir və hava nəqliyyat sektorunda aparılan islahatlar bu reallıqları təmin edir. Prezident İlham Əliyevin Mülki Aviasiyaya göstərdiyi diqqət və qayğının nəticəsidə son illər ölkəmizdə fəaliyyətə başlayan beynəlxalq aeroportların sayı durmadan artır. Bununla bərabər mülki aviasiya təsərrüfatının zənginləşdirilməsi işi də aparılır. Hazırda Azərbaycanda ən müasir təyyarələrdən ibarət aviapark mövcudur. Zaqatala təyyarə parkı da yenidən qurularaq beynəlxalq standartlara uyğunlaşdırılıb. Yeni hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı və sahəsi 31 000 kv. metr olan perron tikililib, müasir işıq-siqnal sistemləri və avadanlıqları quraşdırılıb. Zaqatala hava limanında  tikinti işlərini  “Azvirt” MMC şirkəti tərəfindən həyata keçirilib. Uçuş-enmə zolağının 2 590 metrliyinin çay məcrasından keçməsi ilə bağlı uzunluğu 182 metr olan beton tunelin tikintisi yerinə yetirilib. Tunelin girişi və çıxışında isə 300 metr mesafədə çay hövzəsinin təmizlənməsi işləri aparılıb.  “Zaqatala” Beynəlxalq hava limanında Uçuşların təhlükəsizliyi təmin etmək məqsədi ilə hava hərəkəti avtomatlaşdırılıb, dünya standartlarına və Beynəlxalq Mülki Aviasiya Təşkilatının normalarına cavab verən avadanlıqlarla təhciz olunub. Bununla da Zaqatala hava limanın dağlıq ərazidə yerləşdiyi mürəkkəb hava şəraiti nəzərə alınaraq uşuşların təhlükəsizliyini tam təmin ediləcək. Beynəlxalq aeroportda xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilib, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib. Uçuş enmə zolağının uzadılması ilə əlaqədar yeni ərazilərdə aviasiya təhlükəsizlik qaydalarına uyğun olaraq 5,5 km uzunluğunda mühafizə hasarı da çəkilib. Aeroportun perimetri üzrə mühafizə hasarı boyu patrul yolu inşa edilib. Vağzalyanı meydanda avtomobil dayanacağı genişləndirilərək 1200 kv. metrə çatdırılıb. Zaqatalada rayonunda 2012-ci ildə baş verən zəlzələ nəticəsində aerovağzal binasına da zərər dəymişdi. Bina tam yenidən qurulub, havalandırma-istilik sistemlərin bərpası işləri aparılıb.  Hava lımanı yalnız sərnişin reyslərinə xidmət göstərməklə deyil, eləcə də, operativ olaraq yük daşınmaların həyata keçirir. “Zaqatala” Beynəlxalq hava limanı qapılarını səmaya açaraq və yeni inşa edilən uçuş enmə zolağına ilk dəfə dünyada ən böyük sərnişin təyyarələrdən biri olan Aerobus 340-500  təyyarəsi qarşıladı. 

Hava limanı Aerobus A-319, A-320, Boeing-757, Aerobus A-340 və  bu tipli təyyarələri də qəbul etmək üçün istismara hazırdır. Perron eyni zamanda 4 ədəd Aerobus 320 və 1 ədəd Golfstrim - 450 tipli təyyarələrin yerləşdirilməsi imkanına malikdir.

Bundan sonra başqa şəhərlərdən də Zaqatalaya  birbaşa təyyarə uçuşları təşkil ediləcək. Ölkəmizin şimal-qərb hissəsində beynəlxalq standartlara uyğun ikinci hava limanın da bütün imkanlarla fəaliyyətə başlaması bir daha sübut edir ki, Azərbaycan mülki aviasiyası hazırda sürətli inkişaf dövrünü yaşayır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR