Cəmiyyət

Paytaxtın on ünvanında bayram yarmarkaları təşkil edilib

14-12-2017 | 12:47        

  

Qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi gününü ilə əlaqədar yarmarkalar fəaliyyətə başlayıb. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən reallaşdırılan yarmarkalarda əhalinin artan tələbatını nəzərə alaraq ən zəruri bayram ləvazımatlarının satışı təşkil olunub.

Yarmarkalar ilkin olaraq paytaxtın 10 ünvanında açılıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildiriblər ki, satış yarmarkaları əhalinin ən çox gediş-gəliş yerlərində, metro çıxışlarında təşkil olunub.Bu addım əhalinin rahatlığına hesablanıb.Yarmarkalarda yeni şənliklərində və bayram axşamlarında istifadə edilən şam ağacları, bəzək əşyaları, şaxta baba, qar qız və digər aksesuarların geniş çeşidi təqdim edilir.

Bakı şəhər Icra Hakimiyyətindən onu da söylədilər ki, zərurət yaranacağı təqdirdə yarmarkaların sayı artırılacaq. Hazırda Bakı metropoliteninin Memar Əcəmi, İnşaatçılar, 28 may, Gənclik, Nəriman Nərimanov, Elmlər Akademiyası, Qara Qarayev, Neftçilər, Əhmədli və Koroğlu stansiyalarının çıxışlarında fəaliyyət göstərir. Bütün gün ərzində fəaliyyət göstərən yarmarkalar zəruri texniki ləvazimatla təmin edilib. Məqsəd odur ki, bayram qabağı əhalinin artan tələbatı lazımınca ödənilsin, seçim imkanları artsın və süni qiymət artımının qarşısı alınsın.