Xarici xəbərlər

Mühafizəkarlar sosial-demokratlarla koalisiya hökumətinin yaradılmasına dair danışıqlara hazırdır

14-12-2017 | 11:31        

Almaniyanın Xristian-Demokratlar Birliyi və Xristian-Sosialistlər Birliyinin rəhbərləri Sosial-Demokratlar Partiyası ilə sabit hökumətin formalaşdırılmasına dair müzakirələrin başlanılmasına razıdır. Mühafizəkarlar bu qərarı sosial-demokratların rəhbərliyi ilə görüşün yekunlarına əsasən veriblər. Sosial-demokratlar isə müzakirələrin başlanılması ilə bağlı qərarı dekabrın 15-də verəcəklər. Bir sıra Avropa ölkələrinin rəhbərləri də sosial-demokratların lideri Martin Şultsu koalisiya danışıqlarını başlamağa çağırırlar.  Öz növbəsində Almaniya kansleri və Xristian-Demokratlar birliyinin rəhbəri Angela Merkel dəfələrlə sosial demokratlarla “böyük koalisiya”nın yaradılmasına dair dialoqda irəliləyişin tərəfdarı olduğunu bildirib. Xatırladaq ki, dekabrın 7-də Sosial-Demokratlar Partiyasının nümayəndələri qurultay zamanı  bir neçə saat davam edən debatlardan sonra mühafizəkarlarla koalisiya hökumətinin formalaşdırılmasına dair ilkin danışıqların başlanılmasına razılıq veriblər. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR