İqtisadiyyat

Beynəlxalq Hava Limanında 2017-ci ilin 11 ayı ərzində 3,75 milyon sərnişinə xidmət edilib

14-12-2017 | 11:22        

  

Heydər Əliyev beynəlxalq Aeroportu 2017-ci ilin yanvar noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət edib. Bu göstərici ötən ilin  anoloji dövrü ilə müqayisədə 25 faizdən çox artıb. “Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşüb ki, bununda 545 min nəfəri daxili reyslərlə daşınıb. Sərnişin dövriyyəsinin 85 faizi beynəlxalq reyslərin payına düşür. Heydər Əliyev Beynəlxalq aeroportunun beynəlxalq daşımalarının 43 faizi Azalı və “Buta aireveysin,  57 faizi xairici aviadaşıyıcıların payına düşür. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu  53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir.