Xarici xəbərlər

Böyük Britaniya hökuməti parlamentdə “Breksit”lə bağlı həlledici səsvermədə məğlubiyyətlə üzləşib

14-12-2017 | 11:17        

  

Böyük Britaniya hökuməti parlamentdə “Breksit”lə bağlı həlledici səsvermədə məğlubiyyətlə üzləşib. Parlamentin İcmalar Palatasının üzvləri “Breksit” haqqında qanun layihəsinə dəyişiklikləri təsdiqləyib. Layihəyə əsasən “Breksit” şərtləri üzrə Avropa İttifaqı ilə Britaniya arasında əldə olunacaq yekun razılaşma ilk növbədə parlament tərəfindən ratifikasiya olunmalıdır. Ölkənin Avropa İttifaqından çıxmasına dair yekun şərtlər parlamenti qane etməsə, qanunverici orqanın üzvlərinin baş naziri yenidən danışıqlar masasına qaytarmaq səlahiyyəti olacaq. Hökumət bu dəyişikliklərin Avropa İttifaqı ilə danışıqlarda onların mövqeyini zəiflətdiyini iddia etsə də, parlamentin 309 üzvü layihənin lehinə, 305 üzvü əleyhinə səs verib. Sənədin əleyhinə səs verənlər arasında hakim Mühafizəkarlar partiyasının 11 üzvü də olub. Onlardan 8-i sabiq nazirlərdir. Mühafizəkarlar partiyası sədrinin müavini Stiven Hemmond layihə əleyhinə səs verəndən sonra vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqının iki günlük sammiti başlayır. Britaniyanın ittifaqdan çıxması məsələsinin müzakirə olunacağı sammitdə Baş nazir Tereza Mey də iştirak edəcək. Leyboristlər partiyasının lideri Ceremi Korbin sammit ərəfəsində parlament səsverməsindəki məğlubiyyəti Tereza Mey üçün alçaldıcı səlahiyyət itkisi kimi xarakterizə edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR