Cəmiyyət

22-ci Antalya Beynəlxalq mehmanxana üçün ləvazimatlar və otel dekorasiyası sərgisində Azərbaycan da təmsil olunacaq

10-01-2011 | 14:38        

  

Yanvarın 19-dan 23-dək Türkiyənin Antalya şəhərində keçiriləcək 22-ci Antalya Beynəlxalq mehmanxana üçün ləvazimatlar və otel dekorasiyası sərgisində ölkəmiz də təmsil olunacaq. Sərginin məqsədi  Türkiyənin mühüm turizm sektoru mərkəzlərindən biri olan Antalya şəhərini tanıtmaq və dünyanın müxtəlif ölkələrindən bura turistləri cəlb etməkdir. Orta Şərq, İordaniya, Birləşmiş Ərəb Əmrlikləri, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya və Azərbaycanın da iştirak edəcəyi sərgidə mehmanxanalar haqqında məlumat veriləcək, turizm haqqında bələdçi-kitabçalar, otel ləvazimatları və otel dekorasiya məhsulları nümayiş etdiriləcək. Sərgi çərçivəsində müxtəlif müsabiqələr də təşkil olunacaq.