Siyasət

Latviyanın Xarici İşlər naziri: “Enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik”

14-12-2017 | 09:15        

  

Enerji təhlükəsizliyi Avropa İttifaqının prioritetlərindən biridir. Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik. Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs belə bir bəyanatla çıxış edib. “Cənub Qaz Dəhlizi”, TAP və regionda həyata keçirilən digər genişmiqyaslı layihələrin əhəmiyyətinə toxunan nazir, ölkəsinin Avropa İttifaqının üzvü olaraq alternativ enerji marşrutlarının yaradılmasını hər zaman dəstəklədiyini vurğulayıb. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perespektivlərinə toxunan latviyalı nazir ölkəsinin də Avropa ilə əlaqələri inkişaf etdirmək üçün yeni tranzit infrastrukturunun yaradılmasına can atdığını bildirib: Sitat: “Bu, layihə İran, Hindistan və Çin ilə əlaqə üçün yeni  imkan yaradır. Belə layihələr Şərq Tərəfdaşlığının prioritetlərindəndir. Bizim dəmir yolu infrastrukturunda ortaq maraqlarımız var. Latviya da bundan iqtisadi cəhətdən faydalana bilər”. Edqars Rinkeviçs Azərbaycanı, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılığın inkişafı, müvafiq infrastrukturun yaradılması üçün də əlverişli məkan hesab edir. Onun sözlərinə görə, bu sahələrdə yaxşı təcrübəyə malik olan hər iki ölkənin paytaxtında ticarət evlərinin açılmasında ortaq maraq var. Azərbaycanın ərazi bütövlüyünə gəlincə, Rəsmi Riqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Bakının mövqeyini dəstəkləyir. Nazir, Latviyanın problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.