Siyasət

BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilən ərazilərindəki vəziyyət barədə məlumat verilib

13-12-2017 | 16:13        

  

Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının “Sülh və Təhlükəsizlik” mövzusunda panel müzakirələri keçirilib. Müzakirələrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki vəziyyət diqqət mərkəzində olub. Bu arada BMT Baş Assambleyasının “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı qətnaməsi də yekdilliklə qəbul edilib. Qətnamənin həmmüəlliflərindən biri - Azərbaycandır.

Azərbaycanın işğal olunmuş ərazilərindəki son vəziyyət BMT-nin ali kürsüsündən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının “Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən panel müzakirələrində Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyini sessiya iştirakçılarına xatırladıb. Dünya ictimaiyyətinin, xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşmasının və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün təbliğ olunmasının vacibliyi vurğulanıb. Daha sonra BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Mark Andre Dorel Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. O, Beynəlxalq Avrasiya Mətbuat Fondunu, BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa və onun işinə töhfə verməyə dəvət edib.

Bu arada, Azərbaycanın nümayəndə heyəti İnsan Haqları Bəyannaməsinin elan olunmasının 70 illiyinə həsr edilən tədbirə də qatılıb. Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş, Qurumin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri dünyada insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu bəyan ediblər. BMT Baş Assambleyasının “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı qətnaməsi də yekdilliklə qəbul edilib. Baş Assambleya ilk dəfə olaraq Azərbaycanın UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa İttifaqı, Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatı ilə birgə iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna aid qətnaməyə ayrıca bir paraqraf həsr edib. Bununla yanaşı, Ümumdünya Forumuna mədəniyyətlərarası dialoqun təşviqedici əsas qlobal platforması qismində istinad olunub. Qətnamə, həmçinin BMT Sivilizasiyalar Alyansının qlobal forumlarının bəyannamələrini, o cümlədən 2016-cı ildə qəbul olunan Bakı Bəyannaməsini alqışlayıb. Bununla da Azərbaycan BMT Baş Assambleyasının mühim sənədinin həmmüəlliflərindən biri olub.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR