Cəmiyyət

Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsi açılıb

13-12-2017 | 16:07        

  

Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçədə onun xatirə lövhəsinin açılışı olub. Çıxışlarda batalyon komandirinin göstərdiyi şücaətlərdən danışılıb.

“Torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə taborlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. Ön cərgədə vuruşaraq döyüşçülərini arxasınca aparıb”. Bunu milli qəhrəmanın adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimində Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi. Qeyd etdi ki, vətənpərvərliyi, cəsurluğu ilə seçilən milli qəhrəman yaratdığı və komandiri olduğu özünümüdafiə batalyonu ilə düşmənə tutarlı zərbələr vurub. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov isə qeyd etdi ki, torpaqlarımızın müdafiəsi ilə bağlı aparılan mübarizədən danışarkən ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan Əliyar Əliyev yada düşür. Qəhrəmanlıq simvoluna çevrilən və igidliyi ilə ölümsüzlük qazanan Əliyar Əliyevin həyat yolu gənclərə örnəkdir. Qəhrəmanın oğu Emin Əliyev atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.

Digər çıxışlarda da Əliyar Əliyevin xatirənin daim ürəklərdə yaşayacağı bildirildi.

“Xəbərlər”, Azərbaycan Televiziyası