Cəmiyyət

Azərbaycan ilk dəfə olaraq laparskopik üsulla qaraciyər əməliyyatı həyata keçirilib

13-12-2017 | 16:00        

  

Azərbaycan səhiyyəsi növbəti dəfə ilkə imza atıb. Beləki, ilk dəfə olaraq ölkəmizdə qaraciyərin sol payının 2-3 cü seqmentinin Laparskopik yolla çıxarılması əməliyyatı həyata keçirilib. 4 saata yaxın çəkən əməliyyat Mərkəzi Neftçilər xəstəxanasının həkimləri tərəfindən uğurla aparılıb.

35 yaşlı Səbinə Hacıyeva uzun müddətdir ki, qarın boşluğu nahiyyəsində ağrıları olub. Həkimlərin apardığı müayinələr zamanı qaraciyərin sol payının 2-3 seqmentində 8 sm böyüklüyündə damar şişinin olduğu müəyyən olunub. Bununlada Mərkəzi Netçilər xəstəxanasında ilk dəfə olaraq  qaraciyərin sol payının 2-3 cü seqmentinin Laparskopik yolla çıxarılması əməliyyatı həyata keçirilib. Hazırda xəstənin vəziyyəti normaldı və o artıq evə buraxılıb.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim cərrahı və əməliyyatı aparan Eldar Əhmədovun sözlərinə görə Azərbaycanda ilk dəfə Laparskopik yolla icra edilən bu əməliyyat 3 saat 50 dəq davam edib.

Həkim Eldar Əhmədov onu da dedi ki, artıq ölkəmizdə laparskopik üsulla əməliyyatların aparılması və bu sahədə mütəxəssilərin yetişməsi üçün bütün şərait yaradılıb.

“Xəbərlər”, Azərbaycan Televiziyası