Bölgələr

Təhsildə keyfiyyət ili yeni uğurlara yol açır

13-12-2017 | 15:04        

  

Ölkəmizin təhsil sistemi qarşısında duran əsas vəzifələr keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığıdır. 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi də bu vəzifənin uğurla həll edilməsində mühüm rol oynayır. Keyfiyyət ilinin vəzifələri Beyləqanın təhsil müəssisələrində necə icra olunur?

Şagirdlərə dərsliklərin pulsuz verilməsi, son illərdə minlərlə yeni məktəb binasının inşası, köhnəlmişlərinin əsaslı təmiri və müasir avadanlıqla təchizi təhsilin keyfiyyətinə birbaşa təsir göstərib. Bunu ali məktəblərə qəbul imtahanlarının nəticələri də təsdiq edir. 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunması isə dövlətin dəstəyi və qayğısı ilə təhsilin inkişaf prosesini yeni mərhələyə qaldırır. Beyləqanda yüksək keyfiyyətə nail olmaq üçün ilk növbədə tədris şəraiti müasir standartlara uyğunlaşdırılır. Bu zaman şagirdləri maraqlandıran amillər də nəzərə alınır.

Şagirdlər isə tətbiq olunan hər bir müsbət yönümlü tədris vərdişlərindən məmnundurlar.

Bu gün ibtidai siniflərdə tətbiq edilən kurikulumların müsbət nəticələri özünü göstərməkdədir. Bundan əlavə, hər ay ibtidai siniflərdə tətbiq edilən summativ qiymətləndirmələr də şagirdlərin biliklərinin obyektiv qiymətləndirilməsində mühüm rol oynayır. Bütün bunlar isə təbii ki, tədrisin keyfiyyətinin yüksəlməsinə, şagirdlərin daha həvəslə təhsil almalarına zəmin yaradır.

“Xəbərlər”, Azərbaycan Televiziyası