Digər

Akademik Əşrəf Hüseynovun 110 illik yubileyi qeyd olunub

13-12-2017 | 14:38        

  

Milli Elmlər Akademiyasında Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri-akademik Əşrəf Hüseynovun  anadan olmasının 110  illik yubileyinə həsr olunan tədbir keçirilib.

Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri-akademik Əşrəf Hüseynov 80-dən çox elmi əsərin,  bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. Alim riyaziyyatda “inteqral tənliklər və onların tətbiqi” sahəsində görkəmli mütəxəssis kimi tanınıb. Bu barədə yubiley tərbirində Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə danışdı. Bildirdi ki, akademikin Azərbaycan riyaziyyat elminin inkişafındakı böyük xidmətləri var. Onun rəhbərliyi altında  60-dan   çox namizədlik və doktorluq  dissertasiyaları  müdafiə edilib. Təhsil nazirinin müavini Firudin  Qurbanov isə akademikin elmi-pedaqoji fəaliyyətindən, xüsusən Azərbaycan dilində riyaziyyata dair əsərlərin əhəmiyyətindən, eləcə də başqa dillərdə olan vəsaitlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində xidmətlərindən söz açdı. Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Nazim Məmmədov Əşrəf Hüseynovun inteqral tənliklər və onların riyazi-fizika məsələlərinə tətbiqi sahəsində nüfuzlu alim olduğunu dedi. AMEA İdarəetmə Sistemləri İnstitunun direktoru Telman Əliyev isə Əşrəf Hüseynovu Azərbaycanda kibertnetika elmi məktəbinin yaradıcısı  adlandırdı. Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə qeyd etdi ki, o dövrdə riyaziyyat üzrə şagirdlər arasında keçirilən olimpiadalara Əşrəf Hüseynov xüsusi əhəmiyyət verirdi. Digər çıxış edənlər də alimin əldə etdiyi yüksək nəticələrdən və bütöv bir riyaziyyatçılar nəslinin yetişdirilməsində xidmətlərini qeyd etdilər.

"Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR