İdman

BMX idman növü üzrə keçirləvək dünya çempionatı ilə bağlı ilk iclas olub

13-12-2017 | 13:53        

  

Gələn ilin iyun ayının 5-dən 9-a kimi  Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək. Bununla bağlı təşkilat komitəsinin ilk iclasında hazrlıq işləri ilə bağlı müzakirələr aparılıb. 

Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə bağlı biletlər gələn ilin yanvarında  onlayn satışa çıxarılacaq. Dünya çempionatında 2000 idmançının iştirakı gözlənilir. Təşkilat komitəsinin ilk iclasında bu barədə məlumat verildi.  Yarışlarda iştirak etmək üçün  30 ölkənin müraciət etdiyini deyən  Təşkilat Komitəsinin sədri, baş nazirinin birinci müavini Yaqub Eyyubov bu rəqəmin 40-a çatacağının gözlənildiyini vurğuladı. Təşkilat Komitəsi sədrinin sözlərinə görə, Beynəlxalq Velosipedçilər İttifaqının velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın  idman siyasətinin daha bir qələbəsi deməkdir. O bunun eyni zamanda beynəlxalq federasiyaların  Azərbaycanda idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiyməti kimi xarakterizə etdi.  Yaqub Eyyubov onu da bildirdi ki, Prezidenti  İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının ölkımzidə  keçirilməsi ilə bağlı sərəncamı idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. Vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov  görülən işlərlə bağlı məlumat verərək yarışın keçiriləcəyi BMX Trekində aparılan yenidənqurma işlərindən danışdı.  Sahib Ələkbərov tamaşaçılar üçün tribunaların quraşdırıldını, həmin ərazinin abadlaşçdırıldığını və 100 minə yaxın ağac və kol əklidiyini dedi.  Bir sözlə Beynəlxalq Velosipedçilər İttifaqı idmanın keçiriləcəyi məkanı yüksək qiymətləndirib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğunu təsdiqləyib.   İclasın sonunda  indiyədək görülən işləri əks etdirən  videoçarx  təqdim edildi.

"Xəbərlər", Azərbaycan Televiziyası