Bölgələr

2018-ci il üçün xam pambığın alış qiyməti 20 faiz artırılır

13-12-2017 | 13:49        

  

Pambıq istehsalçılarına şad xəbər. Gələn il xam pambığın alış qiymətli  20 faiz artacaq. Əgər bu il 1-ci növ pambğın bir tonu emalçılar tərəfindən 500 manata qəbul edilirdisə, gələn il  bir ton məhsula görə fermerə 600 manat ödəniləcək.

Pambıq istehsalı prosesinin daha da təkmilləşdirilməsi, pambıq satışından gələn gəlirlərin emalçı müəssisələrlə, istehsalçılar arasında ədalətli bölgüsü məqsədi ilə  pambığın alış qiymətləri gələn ildən artıırılacaq. Dövlət başçısının tapşırığına əsasən  artıq bununla bağlı qərar qəbul olunub. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə İqtisadiyyat və  Kənd Təsərrüfatı nazirlikləri, eləcədə ölkədə istehsal edilən pambığın  alıcısı- emalçı şirkətlərlə  görüşlər keçirilib. Pambığın satınalma qiymətinin ən azı 20 faiz qaldırılması qərara alınıb.

Bu həm də o deməkdir ki, əgər bu il 200 min tondan çox pambıq istehsal edilib satılıbsa, mövcud qiymətlərlə orta hesabla  məhsulun strukturunda 1- ci növ üzrə 60 faiz, 2- ci növ üzrə 20 faiz, 3- cü növ üzrə isə 10  faiz təşkil etdiyini nəzərə alsaq, pambıq istehsalçılarına  120 milyon manat vəsait çatacaq. Eləcədə, pambığın hər kiloqramına  görə dövlət tərəfindən 10 qəpik subsidiya ödənilir. Bu da 25 milyon manat deməkdir. Bütün bunlar ümumilikdə 145 milyon manat vəsaitin  istehsalçılara çatmasını təmin edir. Növbəti ildən isə pambığın alış qiymətinin artması ilə fermerlərə ödəniləcək vəsaitin 170 milyon manatdan artıq olacağı gözlənilir. Buna münbit şərait də var. Beynəlxalq bazarda  pambığın qiymətinin müəyyənləşdirildiyi Liverpiul birjasında olan qiymətlərin dinamikasl buna imkan verir. Qiymətlərin qaldırılması həm də pambıq istehsalına çəkilən xərclərin artıqlaması isə ödənilməsinə, fermerlərin əlavə gəlir əldə etməsi, layiqli məşğulluğun yüksəldirlməsidir.

Beləliklə, artıq sabahdan etibarən istehsalçı fermerlər növbəti ilin məhsulu üçün  yeni qiymətlərlə müqavilələr bağlaya bilər. Xatırladaq ki, bu il 136 min hektarda pambıq əkilib, artıq 200 min tondan çox pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilib.

"Xəbərlər", Azərbaycan Televiziyası