Cəmiyyət

Sofiyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

13-12-2017 | 13:45        

  

Ümummilli lider Heydər Əliyevin xatirəsi Sofiyada da anılıb. Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ulu öndərin ölkəsi və xalqı üçün misilsiz xidmətlərindən, onun azərbaycançılıq ideologiyasından danışıb. Bildirib ki, ümummili liderin müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs ölkəni ən çətin zamanlarda sərt sınaqlardan üzü ağ çıxmağa imkan yaratdı. Müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəlayiq yer tutdu, beynəlxalq arenada böyük nüfuz qazandı. İqtisadi baxımdan da uğurla inkişaf edən dövlətimiz qısa zamanda beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və icraçısı oldu. Bu gün Azərbaycan regionun lider dövlətidir. Dövlətimizin gücü və qüdrəti ilə hər bir azərbaycanlı qürur duyur. Tədbirin sonunda ümummilli liderin həyatından, onun azərbaycançılıq ideyaları və xaricdə yaşayan həmvətənlərimizə olan qayğı və diqqətindən bəhs edən film nümayiş olunub.

"Xəbərlər", Azərbaycan Televiziyası