Xarici xəbərlər

Ermənistanda ictimai vəziyyət gərgindir

13-12-2017 | 12:56        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda ictimai vəziyyət də qeyir-sabitdir. Hakim cinayətkar rejimə qarşı çıxanların sayı isə gün-gündən artır. İrəvanda fəallara qazadlıq tələb edən bir qrup şəxs əhalini üsyana səsləyib. Etirazçılar hakimiyyətdən təqiblərə son qoymağı tələb edirlər.

Ermənistanda siyasi rejim cinayətkardır və xalqı haqda heç bir müsbət addım atmağa qadir deyil. Respublikanın müstəqilliyi bir parodiya olduğu kimi, onu liderləri də siyasi təlxəklərdir. Bu fikirlər İrəvanda etirza aksiyası zamanı səsləndirilib. Etirazçılar “Təsis parlamenti” hərəkatının rəhbəri  Jirayr Sefilyan və digər fəalların məhkəmə prosesinin uzanmasını sifariş adlandırıblar. Məhbusları dəstəkləyən şəxslər İrəvanda yürüş keçiriblər. Etirazçılar faəlları həbsdə saxlamağa çalışan Serj Sarkisyanı marionet adlandırıblar. Bildiriblər ki, bu şəxsin idarəetmədən xəbəri yoxdur. 1 ildən artıqdır heç bir dəli-sübut olmadan onlarla fəalı həbs edilib. Məhkəmə prosesini isə müxtəlif bəhanələrlə uzadırlar. Hətta bu insanların vəkillərinə də maneələr yaradılır. Ona görə də 180-nə yaxın hüquqşünas Ermənistanda vəkil kimi fəaliyyət göstərməkdən imtina edib. Etirazçılar, ölkəni Sarkisyanın cinayətkar dəstəsindən azad etmək üçün vətəndaşları silahlanmağa çağırıblar. Bir qrup vətəndaş isə parlamentin qarşısında toplaşaraq hökümət əleyhinə aksiya keçiriblər. Onlar sosail problemlərinin həllini, addımbaşı pozulan hüquqlarının bərpasını tələb edirlər. Etirazçıların sözlərinə görə onları Göyçədən İrəvana gətirən səbəblər də budur. Yerli qurumlara şikayət etsələr də sözlərini eşidən yoxdur. Bu səbəbdən paytaxta gəlib aksiya keçirməyə məcbur olublar. Nümayişçilər deyirlər ki, əyalətlərdə vəziyyət çox ağırdır. Vətəndaşlar iş tapa bilmirlər. Nəticədə sosial vəziyyətləri getdikcə ağırlaşır. Aksiya iştirakçıları bu ölkədə rahat yaşamaq istədiklərini deyirlər. Hökümət isə onlara bu imkanıə yaratmır. 

“Xəbərlər”, Azərbaycan Televiziyası