Siyasət

Nəsimi rayonu ilə Türkiyənin İzmit bələdiyyəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub

13-12-2017 | 12:53        

  

Azərbaycanla Türkiyə arasında bütün sahələri əhatə edən möhkəm dostluq əlaqələri mövcuddur. Burada digər bir vacib məqam isə şəhər və rayonlarımızın qardaşlaşmasıdır. Bu fikirlər ölkəmizdə səfərdə olan Türkiyənin İzmit Bələdiyyəsinin nümayəndə heyətinin Nəsimi rayonunda keçirdiyi görüşlər zamanı bildirilib.

Paytaxt Bakı günü-gündən inkişaf elədikcə dünyanın böyük şəhərləri ilə əlaqələrini genişləndirir. Avropa və MDB-nin həmçinin uzaq şərqi Asiyada yerləşən bir sıra iri şəhərləri ilə müxtəlif sahələri əhatə edən qardaşlıq münasibətləri mövcuddur. Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bu məlumatları Türkiyənin İzmit Bələdiyyəsinin nümayəndə heyətinin diqqətinə çatdırdı. O da qeyd olundu ki, son illər iki qardaş ölkə arasında müxtəlif sahələri əhatə edən geniş əlaqələr var. Qardaşlıq rəmzi olaraq Nəsimi rayonu ərazisində İzmit parkının salınması da planlaşdırılıb. Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən nümayəndə heyətinin rəhbəri, Türkiyə Azərbaycan  Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar Azərbaycanın inkişafından qürür duyduğunu bildirdi. Qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz xidmətləri var. “Hüriyyət” Xəbərlər agentliyinin təmsilçisi Mustafa  Bağdıken isə 1999-cu ilin 17 avqustunda  baş vermiş  zəlzələnin törətdiyi fəsadları xatırlayaraq bildirdi ki, fəlakətin aradan qaldırılması üçün ilk köməyə gələn dövlət məhz Azərbaycan oldu. Bu da dostluğumuzu hansı səviyyədə olduğunu daha bir göstəricisi idi.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR