Cəmiyyət

ABŞ-ın Kaliforniya ştatında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

13-12-2017 | 10:45        

  

ABŞ-ın Kaliforniya ştatında  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə San Dieqo şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib. Aksiya zamanı kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün 1000 nəfərlik yemək süfrəsi açılıb.

Aksiya zamanı baş konsul Nəsimi Ağayev və Konsulluğun əməkdaşları xeyriyyəçilərə birlikdə yeməklərin paylanmasında iştirak ediblər.

“Xəbərlər”. Azərbaycan Televiziyası