İqtisadiyyat

BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır

13-12-2017 | 09:27        

  

BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır. Bu barədə təşkilatın İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir. Hesabata əsasən, Azərbaycanın ÜDM-i  2019-cu ildə 2,3 faiz artacaq. Qeyd olunur ki, 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının bərpasına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması da kömək edəcək. Bundan başqa qeyri-neft sektorunun inkişafı da bu artıma təkan verəcək. BMT-nin 2018-ci ilə proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Hökumət 2018-ci ildə ÜDM-in real artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. BMT-nin "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda isə bu rəqəm 1.8 faizdir.  

"Xəbərlər", Azərbaycan Televiziyası