İqtisadiyyat

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub

13-12-2017 | 09:23        

  

Bu il “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, cari ilin əvvəlindən dekabrın 12-dək layihələrə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İnvestisuya Səhmdar Cəmiyyətin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə  yönəldilib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

"Xəbərlər", Azərbaycan Televiziyası