İdman

Formula 1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib

13-12-2017 | 09:19        

  

Formula 1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib.  Dünyanın aparıcı kütləvi informasiya vasitələrində avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında keçirilən sorğularda Azərbaycan Qran-Prisi mövsümün ən həyəcanlı və gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib.

Formula 1 Azərbaycan Qran-Prisi zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında yarış zolağında qeydə alınan toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilən sorğuda bu fakt xüsusi qeyd olunur. Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında isə bildirilir ki, 2017-ci ildə baş tutan Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə liderdir. Həmin ötmələrin birində Daniel Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi. Bu  isə azarkeşlər tərəfindən bəyəndiyi ilin ən yaxşı 10 ötməsindən biridir. “Red Bull” pilotu da bu manevri özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir. Formula 1 Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumlarının sorğularında da ilin yarışı adına layiq görülüb. Məsələn, Azrəbaycan Qran Prisini “Daily Mail” – İlin Yarışı,  “Times” qəzeti – Ən Yaxşı Yarış, “Guardian” – Ən Möhtəşəm An, “Sky Sports” qəzeti – İlin Yarışı adlandırıblar. Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı isə 2018-ci ilin 27-29 aprel tarixlərində keçiriləcək.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR