İqtisadiyyat

Bu ilin 11 ayında ölkəmizi 2.5 milyon xarici vətəndaş ziyarət edib

13-12-2017 | 09:13        

  

Bu ilin 11 ayı ərzində Azərbaycanı 2 milyondan çox xarici vətəndaş ziyarət edib. Ölkəmizə səfər edənlərin əksəriyyəti Rusiya, Gürcüstan, İran, Türkiyə, BƏƏ, İraq, Ukrayna və Səudiyyə Ərəbistanın vətəndaşlarıdır.

Bu ilin on bir ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizə səfər edən turistlərin sayında yenə də Rusiya liderlik edir. 2017-ci ilin 11 ayında bu ölkədən gələnlərin sayı 790 min 258 nəfər olub. Yaxın qonşumuz Gürcüstandan 488 min 269, İrandan 340 min 702, Türkiyədən 275 min 147, Birləşmiş Ərəb Əmirliklərindən 87 min 215, İraqdan 58 min 259, Ukraynadan 53 min 583 və Səudiyyə Ərəbistanından isə 32 min 644 nəfər ölkəmizi ziyarət edib. Ziyarətçilərin 351 min 831 nəfəri isə digər ölkə vətəndaşlarıdır. Ən çox xarici ölkə vətəndaşları ölkəmizə iyul ayında gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. 2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 64 min 224 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında Azərbaycana 413 min 684 nəfər, təkcə noyabr ayında isə 31min 877 nəfər çox xarici vətəndaş gəlib.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR