Siyasət

Beynəlxalq Sərgilər Bürosunun missiyası gələn ilin mart-aprel aylarında Bakıya gələcək

13-12-2017 | 09:05        

  

“Gələn ilin mart-aprel aylarında Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakıya gələcək və növbəti hazırlıq prosesi ilə tanış olacaq.” Bu barədə jurnalistlərə müsahibəsində təşkilatın baş katibinin müavini Dimitri Kerkentzes deyib. O, paytaxt Bakının  Ekspo 2025-ə ciddi hazırlaşdığını da qeyd edib.

Beynəlxalq Sərgilər Bürosu və Bakı üçün əsas önəmli olan təkcə şəhərin namizədliyi deyil, eyni zamanda şəhər sakinlərinin və gənclərin bu layihəyə marağının nümayişidir. Jurnalsitlərə müsahibəsində Dimitri Kerkentzes belə dedi. O hesab edir ki, gənclərin bu layihədə çox böyük rolu olacaq.

Gələn ilin noyabrında isə qalib şəhərin adının açıqlanacağını qeyd edən Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini namizəd ölklərin - Rusiya, Yaponiya, Fransa və Azərbaycanın quruma üzv olan 176 ölkəni necə inadırmalarının əsas şərt olduğunu bildirdi. O Bakının bir çox üstünlükləri ilə fərqləndiyini və təssüratlarının yüksək olduğunu vurğuladı:

Sonra qonaq Ekspo 2025 Bakı kitabına ürək sözlərini yazdı.  Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes  ölkəmizə səfəri çərçivəsində  Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycanın 1-ci vitse prezidentinin köməkçisi Anar Ələkbərov, Eləcə də və maliyyə naziri Samir Şərifovla görüşərək məsləhətləşəmələr apardılar.

"Xəbərlər", Azərbaycan Televiziyası