Rəsmi xronika

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

13-12-2017 | 09:02        

  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzeslə görüşüb.

Qonağı ölkəmizdə salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əiliyeva noyabr ayında Parisdə Bakının Ümumdünya Expo 2025-ə namizəd şəhər olması şərəfinə qəbulun təşkil olunduğunu, həmçinin Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatının keçirildiyini xatırlatdı. Mehriban Əliyeva məmnuniyyətlə qeyd etdi ki, ölkəmiz son illər Beynəlxalq Sərgilər Bürosu ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq sərgilərdə uğurla iştirak etdiyini deyən Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesin bu sərgilərin keçirilməsinə dəstəyini xüsusi vurğuladı. Ümumdünya EXPO 2025 üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən Birinci vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd etdi. Bildirdi ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. “Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz EXPO-2025-in keçiriləcəyi məkan kimi seçilsə bu tədbir də yüksək hazırlıqlığı ilə yadda qalacaq”, -deyən Mehriban Əliyeva Expo-2025-in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğuladı. Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd etdi. Dimitri Kerkentzesin 2-ci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən Mehriban Əliyeva onun Expo-2025 sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu nöqteyi-nəzərdən Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavinin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Dimitri Kertenzes qeyd etdi ki, Azərbaycan dövlətinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının Expo-2025-ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi ölkəmizin bu layihəyə önəm verdiyini nümayiş etdirir. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR