Siyasət

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Təbrizdə anılıb

12-12-2017 | 15:51        

  

Ümummilli Lider Heydər Əliyev Təbrizdə də anılıb.  Anım mərasimində Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində və inkişafında müstəsna xidmətlərindən danışılıb.

Mərasimdə Ulu Öndərin xatirəsi sükutla yad edilib.  Azərbaycanın Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov Ulu Öndərin Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev yarım əsrə yaxın bir zaman kəsiyində Azərbaycana rəhbərlik edib. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq onun ölkəmiz və dövlətimiz üçün həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirib. Baş konsul bildirib ki, 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Azərbaycanın hərtərəfli inkişaf strategiyasının möhkəm təməlini qoyaraq əsas istiqamətləri müəyyən edib, İkinci dəfə siyasi hakimiyyətə qayıdanda isə ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən qurtarıb. Hər iki halda Ulu Öndər böyük müdrikliklə xalqın birliyinə söykənərək ölkəmizi işıqlı yola çıxarmağa nail olub. Müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə mehriban qonşuluq və səmimi dostluq siyasətinin Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunda prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyi, 1994-cü ildə İrana səfəri zamanı bu ölkənin Ali rəhbər şəxsləri ilə görüşlərdə qəbul olunan qərarların Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı olduğu barədə mərasim iştirakçılarına məlumat verilib. Qeyd edilib ki, zaman keçdikcə Heydər Əliyev dühasının nuru daha uca zirvələri fəth etməkdədir.