Siyasət

Bölgələrdə Ulu Öndərin xatirəsi ehtiramla anılıb

12-12-2017 | 15:15        

  

Gəncədə keçirilən anım tədbirlərinin iştirakçılarıı ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək, xatirəsini ehtiramla andılar. “Gəncə hər birimiz üçün doğma və əziz şəhərdir”-deyən ümummilli liderin xatirəsi bu şəhərdə daim böyük hörmətlə anılır. Gəncəlilər 1993-cü ilin 4 iyun hadisələrində dahi rəhbərin Gəncəyə gələrək o ağır günlərə son qoymasını yaxşı xatırlayırlar. Sonrakı dövrlərdə də ümummilli liderin Gəncəyə hər bir səfəri şəhərin həyatında mühüm tarixi hadisəyə çevrilib.

Ümummilli liderin anım günü Sumqayıtda da böyük izdihamla qeyd olundu. ulu öndərin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anıldı. Sumqayıt ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sənaye mərkəzlərindən birinə çevrilib. Sumqayıtın inkişafı hazırda da sürətlə davam edir. Bu şəhərdə Sənaye parkının salınması, infrastruktur və sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin siyası və istisadi xəttinin uğurları sırasındadır.

Bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən  ümummilli lider Heydər Əliyevin abidəsini Abşeronda minlərlə insan ziyarət etdi. İştirakçılar Heydər Əliyev mərkəzində eksponatlarla tanış olub və ona həsr olunan sənədli filmə də tamaşa etdilər. Abşeron rayon icra hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatcılığı ilə keçirilən tədbirdə müstəqil Azərbaycanı məhvolma təhlükəsindən qoruyub saxlayan böyük liderin Vətən və xalq qarşısında xidmətlərindən danişıldı. Qeyd edildi ki, ulu öndərin zəngin irsinin öyrədilməsi məqsədi ilə rayon məktəblərində açıq dərslər keçirilib.

Mingəçevirdə də ümummilli liderin bu şəhərin inkişafı, sənaye və energetika mərkəzlərindən birinə çevrilməsi naminə göstərdiyi fədakarlığı minnətdarlıqla xatırladılar. Elmi-nəzəri konfransda çıxış edən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdılar. Ulu öndərin siyasi kursunun hazırda uğurla davam etdirildiyi bildirildi. Anım mərasiminin iştirakçıları sənədli filmə baxıb, rəsm sərgisi ilə də tanış oldular.

Ümummilli liderin xatirəsi Zərdab rayonunda da anıldı. Minlərlə sakin Heydər Əliyevin abidəsi önünə əklil və gül düzərək ömrünü xalqın xoş gününə, dövlətin inkişafına həsr edən insana ehtiramlarını bildirdilər. Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə və divar qəzetlərinə baxdılar. Məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olundu. Zərdab rayon icra hakimiyyəti başçısı Lütvəli Babayev ulu öndərin həyat və fəaliyyətindən danışdı.

Şirvan şəhərinin də sakinləri, icra orqanlarının əməkdaşları, ictimai təşkilatların nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etdilər. Şirvanın sakinləri bu şəhərin formalaşmasında Heydər Əliyevin xidmətlərini minnətdarlıqla xatırlayırlar. Şəhərdəki böyük sənaye və energetika müəssisələri məhz ulu öndərin təşəbbüsü ilə tikilib. Ona görə də Şirvan şəhərinin sakinləri ulu öndərin xidmətlərini heç vaxt unutmayacaqlar.

Sabirabadın da minlərlə sakini, idarə və müəssisələrin kollektivləri umummilli liderin abidəsini ziyarət etdilər. Anım mərasimində çıxış edən Sabirabad rayon icra hakimiyyətinin  başçısı Nazim İsmayılov və başqalara müstəqil dövlətimizin qurucusu və memarı ulu öndərin tarixi xidmətlərindən danışdılar. Sabirabad rayonunun da inkişaf etməsində, xüsusən aqrar sahə üzrə böyük uğurların əldə olunmasında bu rayona 14 dəfə səfər edən ulu öndərin qayğısı minnətdarlıqla qeyd olundu.

Ümummilli lider Heydər Əliyevin anım günündə Kürdəmirdə də Rayon ictimaiyyəti, vətəndaşlar ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısı Ceyhun Cəfərov və başqaları ümummilli liderin həyat və fəaliyyətindən, onun xilaskarlıq missiyasından danışdılar. Ulu öndərin regionların inkişafına xüsusi qaygı ilə yanaşması minnətdarlıqla qeyd edildi.

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Qazax rayonunda da ümumxalq sevgisi ilə anıldı. Rayon icra, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin kollektivləri və rayonun minlərlə sakini ulu öndərin abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev mərkəzinin eksponatları ilə tanış olub, ulu öndərin həyat və fəaliyyətinin müəyyən dövlərini əks etdirən sənədli filmə baxdılar. Konfransda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümumilli liderin həyat və fəaliyyəti barədə məlumat verdi.

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Saatlıda keçirilən tədbirlərin iştirakçıları, icra, hüquq-mühafizə orqanlarının nümayəndələri ulu öndərin abidəsini ziyarət etdilər. Ümummmilli liderin Mugan bölgəsinin sosial-iqtisadi inkişafı üçün gördüyü işlər minnətdarlıqla xatırlandı. rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ulu öndərin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkəmizin hərtərəfli inkişafına nail olunduğunu bildirdi.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin tarixi  xidmətlərini İmişlilər də minnətdarlıqla xatırlayırlar. Anım günündə ictimaiyyətin nümayəndələri, kollektivlər ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsinə sonsuz ehtiramlarını bildirdilər. Anım gününə həsr olunan dəyirmi masada İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev və başqaları müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ulu öndərin əvəzsiz xidmətlərindən danışdılar.

Yevlaxlılar da xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsini ziyarət edib, hörmət və ehtiramlarını bildirdilər. İnsan seli görkəmli dövlət xadimininə sonsuz el məhəbbətinin nümayişinə çevrildi. Bir zamanlar “Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm” deyən ulu öndərin müəyyənləşdirdiyi iqtisadi və sosial siyasətin, tikinti və abadlıq işlərinin naticəsi olaraq Yevlax, doğrudan da, gözəlləşib. Digər bölgələr kimi Yevlax da hazırda inkişaf dövrünü yaşayır.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqadar Ucarda da tədbir keçirildi. Rayonun minlərlə sakini Heydər Əliyevin abidəsini ziyarət etdilər. Azərbaycanın bütün bölgələri kimi Ucarın da inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətlərini rayon sakinləri minnətdarlıq hissi ilə xatırlayıblar. Onlar bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalmaqla ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarixi siyasəti birmənalı şəkildə dəstəkləyəcəklər.

Salyanın kollektivləri, minlərlə sakini müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsini andılar. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi məhz böyük öndərin siyasi iradəsi ilə davamlı xarakter aldı və bu günkü inkişaf yoluna çıxdı. Qeyd olundu ki, nə qədər ki, azərbaycan xalqı var, Heydər Əliyevin işıqlı xatrəsi də o qədər yaşayacaq.  Mərasimdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film də nümayiş olundu.

Daşkəsənlilər də ulu öndərin abidəsini ziyarət edərək,  xatirəsini ehtiramla andılar. Sonra Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış oldular. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev bildirildi ki, zəngin təcrübəsi ilə Azərbaycanı məhv olmaq təhlükəsindən tərəqqi mərhələsinə keçirən ulu öndərin xidmətləri qədirbilən xalqımız tərəfindən böyük hörmətlə anılır.

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı Göygöldə də bir sıra tədbirlər keçirilib. İctimaiyyət nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə gələrək, ümummilli liderin xatirəsinə sonsuz ehtiramlarını bildirdilər. Rayon sakinləri Göygölün respublikanın ən böyük kənd təssərrüfatı rayonlarından birinə çevrilməsində, sonra isə rayonun həm də sənaye mərkəzi kimi inkişaf etməsində ulu öndərin xidmətlərini həmişə dərin minnətdarlıqla xatırlayırlar.

Goranboy rayon icra hakimiyyətinin, idarə və müəssisələrin kollektivləri, ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, görkəmli dövlət xadiminin xatirəsinə ehtiramlarını bildirdilər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış oldular. Onların arasında ulu öndərin Goranboya səfərləri zamanı çəkilən fotoşəkillər də var. Sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.