Bölgələr

Tərtərdə qanvermə aksiyasında 1100 könüllü donor kimi iştirak edib

12-12-2017 | 12:40        

  

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu və Tərtər Rayon İcra Hakimiyyəti rayon mərkəzi xəstəxanasında könüllü və təmənnasız qanvermə aksiyası keçiriblər. 1100 nəfər donorun qoşulduğu aksiyada idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimayyət nümayəndələri iştirak edib. Aksiyanın əhəmiyyətini vuruğulayan Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Aksiyada iştirak edənlər əvvəlcə tibbi müayinədən keçib. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya qan İnstitutunun Mərkəzi Qan Bankından ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən 201 donordan qan götürülüb. Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində təmənnasız istifadə ediləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR