Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Minskdə də yad olunub

12-12-2017 | 10:57        

  

Anım  mərasiminə qatılanlar Azərbaycanın Belarusdakı səfirliyinin foyesində ulu Öndər Heydər Əliyevin büstünün önünə çiçək qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Müasir və müstəqil Azərbaycan dövlətinin  qurucusu ulu öndər Heydər Əliyevin fəaliyyəti ölkənin dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ümumilli lider Heydər Əliyevin  dövləti və milləti üçün misilsiz xidmətlərdən danişan Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirib ki, hər zaman ölkəsini və xalqını düşünən ulu öndər müasir Azərbaycanın var olmaısnda və inkişafında misilsiz xidmətlər göstərib. Ulu öndərin müəyyənləşdirdiyi siyasətin, dövlətçilik ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov və digər soydaşlarımız dünya azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində  Ulu Öndərin tarixi xidmətlərindən bəhs ediblər. Ömrünü xalqımızın və dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətimizin xoş gələcəyinə həsr etmiş Heydər Əliyev dühasının dünya durduqca yaşayacağını, onun parlaq xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR