Cəmiyyət

Ümummili lider Heydər Əliyevin əziz xatirəsi Ukraynada da ehtiramla yad olunub

12-12-2017 | 10:53        

  

Azərbaycanın Ukraynadakı Səfirliyinin əməkdaşları, Ukrayna ictimaiyyətinin nümayəndələri, diaspora və media təmsilçiləri ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə gül dəstələri düzdülər. Dahi şəxsiyyətin zəngin və şərəfli həyat yolundan danışan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında Ulu Öndərin böyük tarixi xidmətləri var. Vurğulandı ki, ümummilli lider fəaliyyətində dövlətçilik ideologiyasının formalaşması, diasporanın inkişafı, insan kapitalının və milli-mənəvi dəyərlərin zənginliyinə həmişə xüsusi diqqət ayırıb. Onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan böyük nüfuz sahibinə çevrilib.

O da vurğulandı ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində sürətlə inkişaf edən Azərbaycan dünyanın bir çox dövlətləri üçün nümunədir.

"Xəbərlər", Azərbaycan Televiziyası