Cəmiyyət

Ümummilli lider Heydər Əliyevin xatirəsi Vaşinqtonda yad edilib

12-12-2017 | 10:45        

  

Azərbaycanın ABŞ-dakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri, uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığını bildirib. Anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə  keçirilən görüş zamanı Ümummilli liderin Azərbaycan-ABŞ münasibətlərinin inkişafında rolu barədə məlumat verilib. Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

"Xəbərlər", Azərbaycan Televiziyası