Cəmiyyət

Ümummilli lider Heydər Əliyevin xatirəsi Madriddə yad olunub

12-12-2017 | 10:42        

  

Ispaniyada da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimi ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə ölkəmizin hərtərəfli inkişafına qədəm qoyulduğunu dedi. Qeyd olundu ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq siyasi arenada mühüm rol oynayan, dinamik inkişaf etməkdə olan bir dövlətə çevrilib. Bildirildi ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Heydər Əliyevi tarixi bir şəxsiyyət və Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı kimi dəyərləndirdi. Ulu öndərin vətənpərvərliyinin ən çətin anlarda xalqı ilə birlikdə olmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləməyə son qoymasında, sabitliyin və rifahın bərqərar olunmasında özünü büruzə verdiyi qeyd edildi. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.

“Xəbərlər”, Azərbaycan Televiziyası