Cəmiyyət

Ümümmilli lider Heydər Əliyevin xatirəsi Berlində yad edilib

12-12-2017 | 10:37        

  

Ulu öndər Heydər Əliyev Azərbaycan-Almaniya münasibətlərinin inkişafında da mühüm işlər görüb. Bu fikir Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimində səsləndi. Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov ulu öndərin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışdı. Vurğulandı ki, mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və Ermənistanın hərbi işğalı ilə üzləşdiyimiz zaman Azərbaycanın fəlakətlərdən xilas edilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyev hazırda ulu öndər tərəfindən müəyyənləşdirilən bu siyasəti davam etdirir. Çıxış edənlər bildirdilərki, ümummilli liderin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.

Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin  təmsilçiləri, Almaniyada təhsil alan tələbələr və gənc tədqiqatçılar iştirak edirdilər.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR