Bölgələr

Göygöldə abadlıq işləri vüsət alıb

12-12-2017 | 09:03        

  

Göygöl rayonunda ilin əvvəlindən başlanılan abadlıq, quruculuq, tikinti işləri davam edir. Rayonda yollar asfaltlanır, binaların dam örtükləri dəyişdirilir, fasadları təmir olunur.

Arzusuna çatan isə yalnız bu Göygöllü müsahibimiz deyil. Rayonun yüzlərlə sakini öz doğma küçələrində piyadaların təhlükəsiz hərəkəti üçün səkilərin qurulmasına, sel sularının axıdılması üçün arxların tikilməsinə, keyfiyyətlə asfaltlanmasına, üsmumiyyətlə bu abadlıq işlərinə çox  sevinirlər. Axı bütün bunlar onların rahatlığı deməkdir. Elə Babək küçəsində yaşayan bu həmsöhbətimiz kimi...

Babək küçəsi ilə yanaşı qısa zaman ərzində yeni yaşayış massivlərində salınan daha 5 küçə asfaltlanıb. Yol təsərrüfatı işçiləri əlverişli hava şəraitindən maksimum istifadə etməyə çalışırlar. Bunun üçün ərazidə kifayət qədər işçi qüvvəsi, texnika və material var. Odur ki, iş də sürətlə gedir. Hər gün küçələrə ən azı 500-600 ton asfalt örtüyü çəkilir. Digər küçələrdə isə torpağın üst qatı hamarlanır, arxlar qazılır, səki daşları düzülür.

Yolların yenidən qurulması ilə yanaşı, almanlar tərəfindən salınan 6 küçədə mövcud olan və alman memarlığı əsasında tikilən yaşayış binaları da təmir olunur. Ehtiyac duyulan evlərdə dam örtükləri yenilənir, evlərin giriş qapıları, darvazaları, eyvanlarında lazımi bərpa işləri həyata keçirilir. Artıq Heydər Əliyev prospektində və Aydın Hacıyev küçəsində yerləşən 200-dən çox belə tikilidə proses  yekunlaşıb. Odur ki, buyurun gəlin bu göllər tacı sayılan füsunkar məkana... Çünki Göygöl hər kəsi özünəməxsusluğu, səliqəsi, turistik və müasir komponentləri ilə təəccübləndirməyi hədəfləyib. Özü də yalnız qurulub-yaradılanları qoruyub saxlamaqla deyil, yeni, özünəməxsus layihələrlə də... Rayonda buna imkan da var, həvəs də...

“Xəbərlər”, Azərbaycan Televiziyası