Cəmiyyət

NASA-nın astronavtı Haydemari Payper ADA Universitetində olub

12-12-2017 | 08:59        

  

NASA-nın astronavtı Haydemari Payper ADA Universitetində də olub. 1-ci dərəcəli kapitan azərbaycanlı tələbələrə həyat hekayəsini danışıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı və NASA astronavtı Haydemari Payper kosmosu fəth edən 35-ci qadın kosmonavtdır. Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirən Haydemari Payper həyat hekayəsini Azərbaycan ictimaiyyəti ilə bölüşüb. ADA Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru Hafiz Paşayev görüşün tələbələrdə bu sahəyə olan marağın artırılmasına xidmət edəcəyini bildirdi. İki dəfə kosmosa səyahət edən astronaft da tələbələrin fəzai ilə bağlı biliklərin artırılmasının əhəmiyyətini vurğuladı.

Kosmosda olmaq çox fantastik bir hissdir. Mən bu hissi orda olarkən yaşadım. Hesab edirəm, çox şanslı biriyəm ki, NASA-nın kosmonavtika proqramına məni seçiblər. Kosmosda olmaq istər kişi, istərsə də qadın üçün təhlükəlidir. Çünki, sən yanacaqla dolu kosmik gəmidə uçursan. Amma bütün bunlara baxmayaraq olduqca maraqlı peşədir.

401 kosmonavtdan biri olan Haydemari Payperin ölkəmizə səfəri çərçivəsində digər ali təhsil müəssisələrində də görüşləri nəzərdə tutulub.

"Xəbərlər", Azərbaycan Televiziyası