Digər

NASA-nın qadın astronavtı Haydemari Payper ölkəmizdə səfərdədir

12-12-2017 | 08:56        

  

Ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ilə Milli Elmlər Akademiyasında görüş keçirilib.

Planetdə yaşayan insana kainat hər zaman kəşf edilməsi uçun zaman tələb edən məkan olub. Onu rəqəmlərlə ölçmək isə  qeyri-mümkün görünüb. Bu fikirlər ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, Haydemari Payperlə keçirilən görüşdə səsləndirildi. Haydemari Payperi AMEA-da görməkdən məmnunluğunu bildirən akademiyanın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə dövlət tərəfindən kosmonavtikanın inkişafına göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, hazırda Azərbaycanda bu sahənin inkişafı geniş vüsət alıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Haydi Smit əməkdaşlıq əlaqələrinin sürətlə genişlənməsindən bəhs etdi. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov amerikalı kosmonavtla görüşün gənclərimizin bu sahəyə marağının artması baxımından böyük əhəmiyyət daşıdığını dedi. “Azərkosmos” ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev bu qurumun hazırkı fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə məlumat verdi. Fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edən amerikalı  qonaq təxminən 33 saat 42 dəqiqə açıq kosmosda olduğunu, bu müddətdə təcrübə aparıldığını diqqətə çatdırdı. Haydemari Payper bildirdi ki, fəza öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir. O, kosmosa səfərləri haqqında danışdı, təcrübələrini də bölüşdü.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR