Bölgələr

Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində bölgələrdə müxtəlif tədbirlər keçirilir

12-12-2017 | 08:50        

  

İsmayıllı rayonundakı Heydər Əliyev İdarəetmə Məktəbinin ulu öndərin anım gününə həsr olunan məşğələsi keçirilib. İştirakçılar əvvəlcə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sərgiyə baxıblar. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq ölkəmizin inkişaf və tərəqqisinin ulu öndərin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, ümummilli liderin respublikaya rəhbər təyin edilməsi xalqımızın, Vətənimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yeni mərhələnin əsasını qoyub. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan filmə tamaşa ediblər.

Füzulidəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər ulu öndərin dövlət müstəqilliyimizin qorunması və müstəril Azərbaycanın güclənməsi üçün fədakar fəaliyyətindən söz açıblar. Ölkəmizin bu günkü inkişafının məhz ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğu vurğulanıb. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu prezident İlham Əliyevin uğurla davam etdirdiyi bildirilib.

Horadiz şəhər 3 saylı orta məktəbdə keçirilən tədbirdə Ümummilli liderin xilaskarlıq missiyası xüsusi qeyd edilib. Füzuli Dövlət Dram Teatrında keçirilən anım mərasimində Məktəblilər ulu öndərə həsr edilən şeirlər səsləndirilib, ədəbi-bədii kompazisiyalar nümayiş etdiriblər.