Cəmiyyət

“Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan Çempionatının final mərhələsi başlayıb

11-12-2017 | 15:22        

  

“Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında 5-ci Azərbaycan Çempionatının final mərhələsi başlayıb. Gənclər və idman nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə layihəsinin final mərhələsində yarışacaq komandaların püşkatma mərasimi keçirilib.

10 ildir keçirilən “Xəmsə” Milli İntellektual Oyununda bu vaxta qədər minlərlə gənc iştirak edib. Beynəlxalq status daşıyan bu oyun Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələrində də təşkil olunur. Nüfuzlu beynəlxalq turnirlərin proqramına daxil edilən  "Xəmsə" oyunu üzrə yeniyetmə və gənclər arasında birincilik və ölkə çempionatları ilə yanaşı, müxtəlif tematik yarışlar və Dünya Çempionatı da keçirilir. Xəmsənin yeniyetmələr arasında 5-ci Azərbaycan Çempionatının  bu il üçün ilk iki mərhələsində respublikanın bütün regionlarından yüzlərlə komanda yarışıb. Ən güclü 32 komanda isə finala vəsiqə qazanıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, bu intelektual yarışma yeniyetmələr üçün olduqca əhəmiyyətlidir.

Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron, digər rayon və şəhərlərdən olan komandaların final mərhələsində yarışması üçün püşkatma mərasimi keçirildi. Komandalar gün ərzində təşkil olunan yarışda biliklərini sınayacaqlar. Sonda 3 ən güclü komanda mükafatlandırılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR