Cəmiyyət

Bakının Xətai rayonu Yaponiyanın regionları ilə əməkdaşlığı genişləndirir

11-12-2017 | 15:16        

  

Bu il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Bu müddət ərzində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətləri qurulur. Bakının Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri arasında əlaqələrin yaradılması məqsədilə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin Yaponiya parlamentində keçirdiyi görüşdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyi vurğulanıb. Millət vəkili Hüseynbala Mirələmov, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli əməkdaşlığın möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıblar. Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Akiko Santo Xətai rayonunda salınan “Yapon bağı”nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyini deyib. Xarici İşlər Nazirlyində aparılan danışıqlarda Avropa məsələləri bürosu baş direktorunun müavini Toşihiro Aiki qarşılıqlı səfərlərin artdığını xüsusi vurğulayıb. Bildirilib ki, Yaponiya XİN iki ölkənin regionları arasında əlaqələrin inkişafını dəstəkləyir. İşikava prefekturasının Komatsu şəhərinin meri Şinci Vada və şəhər şurasının sədri Toşikazu Umeda ilə görüşdə də əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Komatsu şəhərinin sənaye, təhsil və mədəniyyət obyektləri ilə tanışlıq olub.  Azərbaycan nümayəndə heyəti Komatsu Universitetində, “Komatsu hills” Elm Mərkəzində, Mədəniyyət mərkəzində, “Hikiyama” qalareyasında və “Hiyo” mamır bağında da olublar. Bildirilib ki, yaponların həm də “Müdriklik bağı” adlandırıdığı bu ərazi turistlər arasında xüsusi məşhurluğu ilə seçilir. Setaqaya şəhəri ilə Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması da hədəfdədir. Şəhərin meri Nobuto Hosaka ilə müzakirələrdə bu məqsədlə təbliğatın aparılmasının vacibliyi vurğulanıb. Azərbaycanla əməkdaşlıqda maraqlı olan şirkətlərin rəhbərləri ilə görüşlərdə də yeni layihələr barədə fikir mübadiləsi aparılıb. İş adamı Kazuyasu İşida “Japan Expo-2017” sərgisi zamanı Bakıya səfərini xatırladaraq Yaponiyada Azərbaycanın təşviqi istiqamətində fəaliyyətini bundan sonra da genişləndirəcəyini bildirib. Azərbaycanın Yaponiyadakı səfirliyində keçirilən görüş zamanı səfir Gürsel İsmayılzadə Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların ölkəmizə marağının artdığı qeyd edib.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR