Siyasət

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Milli Məclisdə olub

11-12-2017 | 15:14        

  

Ölkəmizə səfəri çərçivəsində Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri ilə görüşüb.

Azərbaycanla Rusiya arasındakı mövcud əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir. Bu əməkdaşlıqdan danışan Milli Məclisin sədri Oqtay Əsədov əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin mühüm rolunu vurğuladı. Qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirdi, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən razılıq etdi.  Spiker Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışdı. Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov ölkəmizə səfərlərindən məmnunluğunu bildirdi. Azərbaycan-Rusiya - ikitərəfli əlaqələrinin müxtəlif istiqamətlərindən, ölkəmzin əldə etdiyi uğurlardan  geniş söz açdı.