Xarici xəbərlər

Siçuan əyalətində Asiyanın ən hündür məbədi yanıb

11-12-2017 | 14:23        

  

Çinin cənub-qərbindəki Siçuan əyalətində  Asiyanın ən hündür məbədi yanıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, 16-cı əsrdə taxtadan inşa edilmiş 16 mərtəbəli paqoda dağılıb. Yanğını 4 saatdan sonra söndürmək mümkün olub. Qeyd edək ki, 2008-ci ildə baş vermiş zəlzələdə qəzalı vəziyyətə düşən  məbəddə restavrasiya işləri görülürdü. Yanğının səbəbləri  araşdırılır.