Xarici xəbərlər

Norveç və İsveçdə nobel mükafatlarının təqdimetmə mərasimi keçirilib

11-12-2017 | 13:29        

  

Norveç və İsveçdə Nobel mükafatlarının təqdimetmə mərasimi keçirilib. Ədəbiyyat, fizika, kimya, tibb və iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarına qızıl medal və diplomları Stokholmda İsveç kralı XVI Karl Qustav təqdim edib. Bu il bütün nominasiyalarda mükafatın məbləği təxminən 905 000 avro olub. Tədbirdən sonra kral ailəsi üzvlərinin iştirakı ilə ziyafət təşkil olunub. Eyni gündə Norveçin paytaxtı Osloda Nobel sülh mükafatının təqdimetmə mərasimi keçirilib. Sülh mükafatını Nüvə Silahının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniyanın adından təşkilatın icraçı direktoru Beatris Fin alıb. Fin bütün ölkələri BMT-nin nüvə silahlarının qadağası üzrə sazişini imzalamağa çağırıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR