Siyasət

“Əl-Cəzira” qəzetində Ulu öndər Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

11-12-2017 | 12:56        

  

Ulu öndər Heydər Əliyev Azərbaycanı siyasi və iqtisadi böhrandan xilas edib, müstəqil ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirib. Səudiyyə Ərəbistanı Krallığının çoxtirajlı “Əl-Cəzira” qəzetində dərc olunan məqalədə belə deyilir.

Səudiyyə Ərəbistanı Krallığının çoxtirajlı “Əl-Cəzira” qəzetində dərc olunan “Müasir Azərbaycanın qurucusunun vəfatından 14 il keçir” adlı məqalədə ümummilli lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti, o cümlədən zəngin bioqrafiyası barədə ərəbdilli oxuculara ətraflı məlumat verilir. Qeyd olunur ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra ölkədə əsaslı inkişaf mərhələsi başlanıb. Yüksək intellekti, yorulmaz fəaliyyəti, işgüzarlığı, faydalı qərarları ilə keçmiş SSRİ-də böyük rəğbət qazanan Heydər Əliyev sovetlər birliyinin ali hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışıb. Diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev ölkədəki mövcud hakimiyyətin bütün ağırlığını öz çiyninə götürüb və qısa zaman kəsiyində xalqın həmrəyliyinə nail olub. Ölkəni siyasi və iqtisadi böhrandan xilas edib, gələcək inkişaf strategiyasını müəyyənləşdirib. Bildirilir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Azərbaycanla bu ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb. Heydər Əliyevin qurub yaratdığı Azərbaycan keçmiş sovet respublikaları arasında ən güclü ölkələrdən birinə çevrilib. Onun əməlləri xalqın yaddaşında qalacaq və Azərbaycan xalqı Ümummilli liderin xatirəsini həmişə uca və əziz tutacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR